“Xalqlar dostluğu”nda sərnişinlər düşürüldü - 4 dəqiqəlik yubanma oldu
"Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətindən meqale.com-a bildirilib ki, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb.