Xanım futbolçunu öpən federasiya prezidentinə FİFA-dan ağır cəza

İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə FİFA qərar qəbul edib.

Ali futbol qurumunun İntizam Komitəsi L.Rubialesin FİFA-nın qoyduğu qaydaları pozduğu üçün bu qənaətə gəlib.

Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Ermosonu öpüb.