Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

Xanım şahmatçımızdan Avropa çempionatında maksimum nəticə
Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Rodos adasında təşkil olunan yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.

İlk 3 turda maksimum nəticə qazanan Ülviyyə Fətəliyeva startda ardıcıl 4-cü qələbəsini qazanıb. O, bununla da çempionatın liderliyini ələ keçirib.

Gövhər Beydullayeva, Gülnar Məmmədova və Səbinə Rzalı da turu qələbə ilə başa vurublar. Şahmatçılarımız günü ümumilikdə 4 qələbə, 5 heç-heçə və 1 məğlubiyyətlə tamamlayıblar.

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.

Avropa çempionatı, Qadınlar IV tur, 22 aprel Ülviyyə Fətəliyeva - Martina Vikar (Polşa) - 1:0 Alisiya Sliviçka (Polşa) - Günay Məmmədzadə - 1:0 Gövhər Beydullayeva - Anastasiya Raxmanqulova (Ukrayna) - 1:0 Ellen Frederisiya Nilssen (Norveç) - Xanım Balacayeva - 0,5:0,5 Lilit Mkrtıçyan (Ermənistan) - Ayan Allahverdiyeva - 0,5:0,5 Səbina İbrahimova - Ann Mathadze Bujiaşvili (Gürcüstan) - 0,5:0,5 Gülnar Məmmədova - Emiliya Dik-Sala (Avstriya) - 1:0 Səbina Rzalı - Miruna-Daria Lehaçi (Rumıniya) - 1:0 Ana İnes Teyşeyra da Silva (Portuqaliya) - Ləman Hacıyeva - 0,5:0,5 Şlomit Vardi (İsrail) - Nərmin Abdinova - 0,5:0,5