Xankəndi - Bakı ultra marafonunun üçüncüsü: “Çətinlik olsa da, qürurverici hissdir”
"Hər şey yaxşıdır. Özümü yaxşı hiss edirəm".
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Xankəndi - Bakı ultra marafonunun birinci mərhələsini üçüncü yerdə bitirən Elman Abışov deyib.
O bildirib ki, bu qədər uzaq məsafəyə ilk dəfə qaçıb: "Çətinlik olsa da, qürurverici hissdir. Çox sevincliyəm".
Qeyd edək ki, ilk mərhələ Yevlaxda başa çatıb. İştirakçılar 83 km məsafəni qət ediblər.