Xankəndidəki oyunun hakimləri AÇIQLANDI
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Qarabağ" - MOİK oyununun təyinatları açıqlanıb.
Bunu PFL-in mətbuat xidməti açıqlayıb.
Xankəndidə baş tutacaq tarixi qarşılaşmanı Əli Əliyev idarə edəcək. O, bu stadionda fit çalacaq ilk hakim kimi tarixə düşəcək.
Azərbaycan kuboku
1/8 final 21 dekabr "Qarabağ" - MOİK Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu VAR: Cavid Cəlilov AVAR: Kamran Bayramov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Emin Cəfərov