Xankəndində erməniləri qəsdən ac saxlayıblar - VİDEO

Separatçılar Qarabağın erməni əhalisini bilərəkdən ac saxlayırdı.

Xankəndində erməniləri qəsdən ac saxlayıblar - VİDEO
Separatçılar Qarabağın erməni əhalisini bilərəkdən ac saxlayırdı.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə faktı erməni bloqer Roman Baqdasaryan da təsdiqləyib.

O qeyd edib ki, Qarabağda anbarlar ərzaqla dolu olub.

"Təəssüf ki, Azərbaycan haqlı idi. Qarabağda anbarlar ərzaqla dolu olub. Qarabağın "məmurları" xalqı ac qoyublar. Məsələn, Qırmızı Bazarda Araik Arutyunyanın bir illik günəbaxan yağı ehtiyatı olub", - deyə o bildirib.

Qeyd edək ki, Qarabağın erməni əhalisinin Xankəndi və digər ətraf rayonları tərk etməsi prosesi Azərbaycan mərkəzi hakimiyyətinə tabe dövlət qurumlarının həmin ərazilərə daxil olması prosesini daha da sürətləndirib.