Xarici qonaqlar Zəngilanda bərpa işləri ilə tanış olublar - FOTO

3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilanda görülən bərpa işləri ilə tanış olublar.

Xarici qonaqlar Zəngilanda bərpa işləri ilə tanış olublar - FOTO
3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilanda görülən bərpa işləri ilə tanış olublar.

meqale.com Trend-ə istinadən xəbər verir ki, xarici qonaqlar Zəngilandakı yeni məscidi ziyarət edib və tikilinin tarixi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası üzrə layihələri çərçivəsində Zəngilan məscidində tikinti-bərpa işlərinə başlanılıb. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin vəziyyətini qiymətləndirib və bunun əsasında tikilinin mühafizə olunması barədə qərar qəbul edilib.

Tarixi məscidin yanında yeni məscid inşa olunub. Məscidin binası dizaynına görə düzbucaqlıdır, iki minarəsi və üç nefi var. Burada 220 və 100 nəfərlik namaz otaqları var. Məscidin minarələri və günbəzi kərpicdən hörülüb, kaşı ilə üzlənib. İnteryer xəttatlıq yazıları ilə, mehrab kaşıdan yığılmış bitki ornamentləri ilə bəzədilib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.

Ardınca qonaqlar "ağıllı" kənd konsepsiyası əsasında salınmış Ağalı kəndini ziyarət edib, kənd orta məktəbinin şagirdlərinin hazırladıqları tamaşaya baxıblar.

Qeyd edək ki, kənddə müasir tələblərə cavab verən lazımi sosial-texniki infrastruktur, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün hər bir şərait yaradılıb.

Xatırladaq ki, Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb.