Xavi son nöqtəni qoydu: "Barselona” heç kimlə müqavilə bağlaya bilməz”

"Barselona"nın baş məşqçisi Xavi Ernandes qış transfer pəncərəsində heyəti gücləndirməyə ümid etmədiyini bildirib. 

Xavi son nöqtəni qoydu:
"Barselona"nın baş məşqçisi Xavi Ernandes qış transfer pəncərəsində heyəti gücləndirməyə ümid etmədiyini bildirib. 

meqale.com fanat.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı bu barədə "Real Madrid"lə Superkubok matçından (1:4) sonra keçirilən mətbuat konfransında belə deyib: 

"Yeni imzalar? Bu gündən etibarən klub heç kimlə müqavilə bağlaya bilməz. İndiki vəziyyət belədir".

Qeyd edək ki, "Barselona" ötən yay "Atletiko Paranaense"dən hücumçu Vitor Rokeni transfer edib. 

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun