Xərçəng təhsilinə əngəl olmadı - İmtahanda yüksək nəticə göstərdi- FOTO

Xəbər verdiyimiz kimi, 20 aprel tarixinində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Xərçəng təhsilinə əngəl olmadı - İmtahanda yüksək nəticə göstərdi- FOTO
Xəbər verdiyimiz kimi, 20 aprel tarixinində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, uğurlu nəticə əldə edənlərdən biri də Rəcəbli Sadiqdir.

Sadiq Rəcəbli 2023-cü ildə xərçəng xəstəliyinə yaxalanıb. Hazırda ev şəraitində müalicə alan yeniyetmə, imtahana qədər dərslərə onlayn qoşulub.

Nəticədə o, bu gün elan edilən nəticələrə görə mümkün 300 baldan 254 bal toplayıb.