Xərçəngdən müalicə olunur
ABŞ-nin keçmiş Prezidenti Co Baydenə may ayında prostat xərçəngi diaqnozu qoyulub və o, hazırda radioterapiya və hormon müalicəsi kursu keçir.
meqale.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə sabiq Prezidentin sözçüsü məlumat yayıb.
"Prezident Bayden prostat xərçəngi üçün müəyyən olunan müalicə planı çərçivəsində radioterapiya və hormon terapiyası alır", - deyə açıqlamada bildirilib.