Xəstəlik tüğyan edir: Azərbaycanda qapanma olacaq?
Bir müddətdir ki, ölkədə xəstəlik tüğyan edir. Artıq vəziyyət kifayət qədər ciddiləşib. Virus artır, xəstə sayı çoxalır. Bu isə insanlarda narahatlıq yaradır. Bəs bunun çıxış yolları nədir? Yaxın zamanda qapanmaya gedilər bilərmi?
meqale.com xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, vəziyyət çoxdan ciddiləşib.
O, insanların özlərini təcrid etmələrini məqsədəuyğun hesab edir:
"Unutmayaq ki, xeyli vaxtdır Azərbaycan müxtəlif infeksiyalarla üz-üzədir. Qızılca virusu tüğyan edir, pandemiya bitsə də, koronavirusun omikron ştammının mutasiyaya uğramış epidemiya ocaqları davam edir və s. Bundan başqa, payız aylarından başlayaraq müxtəlif virus infeksiyaları - qrip, koronavirusun özü, metapnevmovirus, meymunçiçəyi virusu, mikoplazma pnevmoniyasının yayılması da narahatlıq doğurur. Əslində, bu vəziyyətdə hər kəs özünü qorumalıdır".
Professor deyib ki, mümkün qədər kontaktları azaltmaq lazımdır: