Xəstənin mədəsindən canlı ilan balığı çıxarıldı
Vyetnamın Quang Ninh əyalətində həkimlər bir xəstənin içərisində nəhəng canlı ilan balığı aşkar ediblər.
meqale.com lente istinadən bildirir ki, 34 yaşlı kişi dözülməz qarın ağrısı ilə həkimə müraciət edib. Müayinə zamanı xəstənin bədənində uzun canlı məxluq aşkar edilib.
Mürəkkəb əməliyyatdan sonra xəstənin bədənindən 30 santimetrlik ilan balığı çıxarılıb.
İlan balığının kişinin mədəsinə düşməsinin səbəbi sirr olaraq qalır. Həkimlər hesab edirlər ki, heyvan anus vasitəsilə qalın bağırsağa daxil olub, bağırsaq divarını dişləyib və qarın boşluğuna daxil olub. Bununla belə, xəstənin bədənindən çıxarılana qədər balığın sağ qalması onları təəccübləndirib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun