"Xəzər keçidlərini arzuladığımız rəqabətli marşruta çevirəcəyik"
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun türk dünyasının iqtisadi inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb edir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında bildirib.
O bildirib ki, bu xətt üzrə lazımi işləri tez bir zamanda başa çatdırmalıyıq.
"Mərkəzi dəhlizin digər mühüm komponenti olan Xəzər keçidinin region ölkələri ilə səmərəli, iqtisadi olmasına diqqət yetirməliyik. Logistika əməliyyatlarında problem yaradan yüksək ödənişləri həll edəcəyik. Əminəm ki, biz birgə səylərimizlə bu problemləri tez bir zamanda həll edəcəyik və Xəzər keçidlərini arzuladığımız rəqabətli marşruta çevirəcəyik", - deyə türkiyəli nazir əlavə edib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun