Xocalıda erməni sakinlərlə görüş başa çatıb - YENİLƏNİB - VİDEO - FOTO
Xocalıda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov təmsil edib.
***
13:42
meqale.com görüşdən ilk fotoları təqdim edir:
13:12
Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti danışıqları başlayıb.
meqale.com bildirir ki, Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin olunub.
Qeyd edək ki, ilk danışıqlar lokal xarakterli antiterror tədbirlərindən sonra, sentyabrın 21-də Yevlax şəhərində keçirilib. meqale.com