Xocalının daha bir kəndində evlər təmir olunacaq - 5,7 milyon manat ayrıldı
Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin təmirinə başlanılır.
meqale.com Trend-ə istinadən xəbər verir ki, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub.
Dövlət xidməti Xanyurdu kəndində fərdi yaşayış evlərinin cari təmiri işlərini "Geno Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 5 731 611 manat ödənilib.
Qurum bir müddət əvvəl rayonun təzəbinə kəndində də 152 evin təmirinə 8,8 milyon manat ayrıb.
Qeyd edək ki, Xanyurdu kəndində qeyd olunan təmir işlərini aparacaq "Geno Group" Məhdud Məsuliyyətli Cəmiyyəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb.