Xocalıya köç tarixi açıqlandı: Bəs, Xankəndi?
Bu ilin ilk yarısında Xocalıya köç olacaq.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya 50 ailənin köçürülməsi planlaşdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvar ayında yerli mediaya açıqlamasında bu il Xankəndiyə də köçürülmə olacağını bildirmişdi.