Xoşqədəm Cavanşir Məmmədov DANIŞDI: “Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...”
"Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır".
meqale.com olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, müğənninin ölümü ilə bağlı kədərini dilə gətirib:
"Sonuncu danışığım qızının keçmiş həyat yoldaşını verilişdən uzaqlaşdırmağımla bağlı olmuşdu... Çox stress keçirirdi, ona sağlamlığına diqqət et, stressdən uzaq dur, demişdim... Uşaq qəlbli , kövrək, heç kəsə pisliyi keçməyən insan.... Allah sənə rəhmət eləsin".