"Xovayev Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır"
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev Ermənistan-Azərbaycan sülh müqaviləsini müzakirə etmək üçün Bakıdadır.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Xovayevin Bakıda Azərbaycandan olan həmkarları ilə görüşləri nəzərdə tutulub.