Xumar Qədimova: "Türkiyə ilə oyunda Gürcüstanı dəstəkləyirdim"

"Avropa çempionatında favoritim Almaniya millisidir"

Xumar Qədimova:
"Avropa çempionatında favoritim Almaniya millisidir"

meqale.com xəbər verir ki, bunu İdman.Biz-ə Əməkdar artist Xumar Qədimova deyib.

İllərdir ki, futbol azarkeşi olan sənətçi Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Bundestimlə yanaşı, Gürcüstan millisinin oyunlarını da böyük maraqla izləyir: "Almaniyanın çempion olmasını çox istəyərdim. Manuel Noyer, Toni Kroos bu komandanın ən çox rəğbət bəslədiyim oyunçularıdır. Gürcüstan millisinin də final mərhələsində olması sevindiricidir. Hətta Türkiyə ilə oyunda onları dəstəkləyirdim, çünki bu, Gürcüstanın ilk təcrübəsi idi".