XXI əsrin üçüncüsü

Azərbaycan Premyer Liqasının 2024/25 mövsümü məhsuldar keçən I turla başlayıb.

XXI əsrin üçüncüsü
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümü məhsuldar keçən I turla başlayıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, ilk turun 5 oyununda 16 qol vurulub.

"Araz-Naxçıvan" - "Qarabağ" (1:4) və "Zirə" - "Səbail" (4:1) görüşlərinin hərəsində 5, "Sabah" - "Şamaxı" (2:2) matçında 4, "Sumqayıt" - "Kəpəz" (2:0) qarşılaşmasında 2 top qeydə alınıb. Yalnız "Neftçi" - "Turan Tovuz" görüşündə qol vurulmayıb.

Mövsümün ilk turunun orta məhsuldarlığı 3,20 olub. Bu, start üçün XXI əsrin üçüncü göstəricisidir. Yalnız iki dəfə I tur daha məhsuldar olub. 2001/02 mövsümündə bu rəqəm 4,00-a, 2017/18 mövsümündə 3,25-ə bərabər olub.