"Yabani" bu tarixdə başlayacaq
Baş rollarını Simay Barlasla Halit Özgür Sarının canlandırdığı "Yabani" serialının ikinci mövsümünün yayım tarixi bəlli olub.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, ekran işinin 37-ci bölümü sentyabrın 7-də yayımlanacaq.
Ssenarisi dəyişdirilən serialın çəkilişləri avqustun 16-dan sonra başlayacaq.
Yeni mövsümdə komandaya yeni aktyorlar qoşulacaq.
Simay Barlasın canlandırdığı "Rüya" obrazı ilə bağlı isə yeniliklər olacaq.
Qeyd edək ki, serial "NOW" telekanalında yayımlanacaq.