Yamalın uzun müddət ayağına top dəyməyəcək

"Barselona"nın hücumçusu Lamin Yamal qasıq nahiyəsindəki problemlərə görə müddətsiz olaraq sıradan çıxıb.

Yamalın uzun müddət ayağına top dəyməyəcək
"Barselona"nın hücumçusu Lamin Yamal qasıq nahiyəsindəki problemlərə görə müddətsiz olaraq sıradan çıxıb.

meqale.com xəbər verir ki, forvard La Liqanın 4-cü turunda "Valensiya" ilə oyunu buraxacaq.

"Lamin Yamalın qasıq nahiyəsində problem yaranıb və buna görə o, bu gün məşq edə bilməyib. O, bazar günü "Valensiya" ilə qarşılaşmada oynamayacaq və problem həll olunana qədər komandada məşq etməyəcək," - deyə klubun açıqlamasında bildirilir.