Yanvar ayında Türkiyənin polad məhsulları ixracı artıb
2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.
meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.