Yaponiya sahillərində güclü zəlzələ oldu

Yaponiya sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

Yaponiya sahillərində güclü zəlzələ oldu
Yaponiya sahillərində 5 maqnitudalı zəlzələ qeydə alınıb.

meqale.com bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanların episentri 125 minə yaxın insanın yaşadığı Okinavadan 84 km cənub-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.