Yaponiyada iki prefekturada meşə yanğınları səbəbindən sakinlərin təxliyəsi elan edilib
Yaponiyada Ehime və Okayama prefekturalarında meşə yanğınları baş qaldırıb.

Bu barədə NHK məlumat yayıb.
"Ehime prefekturasının İmabari şəhərində yayılmağa davam edən meşə yanğını baş qaldırıb. Şəhər rəhbərliyi yaxınlıqdakı Naqasava rayonundakı bütün ev təsərrüfatlarının təxliyəsi barədə sərəncam verib və sakinlərə təhlükəsiz yerlərdə qalmağı ciddi şəkildə tövsiyə edir”, – telekanal qeyd edib.
Məlumata görə, təxliyə əmri yüzlərlə insanı əhatə edir.
Daha əvvəl Cənubi Koreyada meşə yanğınları nəticəsində dörd nəfərin öldüyü bildirilmişdi.