Şimali Koreya tikilməkdə olan atom sualtı qayığını nümayiş etdirdi

Şimali Koreya lideri Kim Çen In strateji raketlərlə təchiz edilən atom sualtı qayığının tikildiyi obyektə baxış keçirib və ölkənin nüvə müdafiə potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb. Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

meqale.com xəbər verir ki, məlumata görə, Kim Çen In 8 700 tonluq sualtı qayığın inşası və yeni gizli sualtı silahlar üzrə aparılan tədqiqatlarla tanış olub, hərbi-dəniz qüvvələrinin inkişafı üçün strateji planlar müəyyənləşdirib.

Şimali Koreya lideri atom hücum sualtı qayığının ölkənin özünümüdafiəsi baxımından mühüm rol oynadığını bildirib. Yerli KİV-in məlumatına əsasən, hazırda ölkənin təxminən 150 nüvə başlığı var və bu sayın gələcəkdə artacağı ehtimal olunur.