Yaponiyada səhvən güclü zəlzələ barədə elan verildi

Yaponiya Milli Meteorologiya İdarəsi səhvən 7 baldan çox yeni güclü zəlzələ barədə elan verib.

Yaponiyada səhvən güclü zəlzələ barədə elan verildi
Yaponiya Milli Meteorologiya İdarəsi səhvən 7 baldan çox yeni güclü zəlzələ barədə elan verib.

meqale.com axar.az-a istinadən bildirir ki, yeni güclü zəlzələ xəbərdarlığından bir neçə dəqiqə sonra yaponiyalı seysmoloqlar yeni zəlzələnin cəmi 4,6 bal gücündə olduğunu bildiriblər.

Qeyd edək ki, bu gün Yaponiyada 7,6 bal gücündə zəlzələ də daxil olmaqla, müxtəlif maqnitudalı 40-dan çox zəlzələ baş verib.