Yaponiyada silahlı qadın metroda sərnişinlərə hücum edib, xəsarət alanlar var
Yaponiyanın paytaxtı Tokioda "Akihabara" metrostansiyası yaxınlığında qadın bıçaqla sərnişinlərə hücum edib.
meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Hücum zamanı 4 nəfər xəsarət alıb. Məlumata görə, hücum edən şəxs saxlanılıb.
Hadisənin digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, analoji hadisə 2008-ci ildə də bu stansiyanın yaxınlığında baş vermişdi. Belə ki, yerli sakin də bıçaqla yoldan keçənlərə hücum etmişdi. Həmin vaxt yeddi nəfər ölmüşdü, daha on nəfər yaralanmışdı.