Yarış zamanı öküz tamaşaçılara hücüm çəkdi: 3 nəfər yaralandı
ABŞ-da rodeo yarışı zamanı öküzlərdən biri arenanın hasarından tullanaraq tamaşaçıların üstünə hücum edib.
meqale.com publika.az-a istinadən xəbər verir ki, Oreqon ştatında təşkil olunan yarışda üç tamaşaçı yaralanıb.
"Sisters Rodeo" da öküz yarışının son hissəsi zamanı xəsarət alanlardan ikisi yerli xəstəxanaya aparılıb. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
Açıqlamaya görə, işçilər öküzü tez bir zamanda zərərsizləşdirə biliblər.