Yaş yarımlıq körpə su maşınının altında qaldı - Kürdəmirdə FACİƏ

Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.

Yaş yarımlıq körpə su maşınının altında qaldı - Kürdəmirdə FACİƏ
Kürdəmirdə yaş yarımlıq körpə su maşınının altında qalaraq ölüb.

meqale.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, həyətyanı sahəyə içməli su gətirən QAZ-53 markalı su maşınının sürücüsü Sahib Sabir oğlu İsgəndərov avtomobili geriyə verərkən ehtiyatsızlıq edib və 2022-ci il təvəllüdlü Uğur Semral oğlu Bəkirovun üzərindən keçib. Azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.