"Yaşıl keçid" Azərbaycanın milli prioritetləri sırasındadır - Muxtar Babayev
COP29-un Azərbaycanda keçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən, iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq İctimaiyyətin etimadının təzahürüdür.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.
"Ölkəmiz COP29-a sədrliyi və ev sahibliyi çərçivəsində iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı fəaliyyət nümayiş etdirəcək",- deyə o bildirib.