Yaşlı kişinin əlini Afradan çəkməməsi gərginlik yaratdı - Aktrisa belə reaksiya verdi - VİDEO
"Yalı Çapkını" serialında "Seyran" obrazına həyat verən aktrisa Afra Saraçoğlu Okan Universitetinin təşkil etdiyi mərasimə qatılıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, aktrisa tədbirdə "İlin ən yaxşı aktrisası" mükafatına layiq görülüb.
Səhnədə Afraya 3 mükafat təqdim edən yaşlı kişinin hərəkətləri isə müzakirələrə səbəb olub. O, əlini uzun müddət aktrisadan çəkməyib. Həmin anlarda Afranın üz ifadəsindən bundan narahat olduğu açıq-aşkar görünüb.