Yeni Günəşlidə ağır QƏZA: Ölən var - FOTO
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli oxuya açıqlamasında faktı təsdiqləyib.
"Hadisə martın 12-də saat 22:39-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, İ.Musayev küçəsində qeydə alınıb. "Reanault Meqan" markalı, 77-EL-135 dövlət nömrə nişanlı avtomobillə "Toyota Aqua" markalı, 77-UP-712 dövlət nömrə nişanlı maşın toqquşub.
Hadisə nəticədə bir nəfər - Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Sevinc Abdulla qızı Abdullazadə həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.