Yeni ilə görə satılan bu məhsulları alanlar da CƏRİMƏ OLUNACAQ AÇIQLAMA

Yeni il ərəfəsində ənənəvi olaraq fişənglərdən və ya digər partlayıcı vasitələrdən istifadə ictimaiyyətdə narahatlıq yaradır. meqale.com xəbər verir ki, dövlət gömrük komitəsi bu cür vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaq məqsədi ilə mütəmadi məlumatlar yayır. Bayram yaxınlaşdıqca belə vasitələrin səbəb olduğu bədbəxt hadisələrin xəbərlərin eşidirik.  Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, pirotexniki vasitələrdən istifadə edərkən qaydalara mütləq əməl olunmalıdır. Hər istifadədən öncə istifadə təlimləri ilə tanış olmaq lazımdır.  Ekoloq Amin Məmmədov deyib ki, bu partlayışların ətraf mühitə də təsirləri var. Bununla bağlı risklər mövcuddur. Bu vasitələr sıxlıq olan ərazilərdə tez alışaraq qəfl yanğınlara səbəb ola bilər. Təbiətə təsirləri heyvanlardan da yan ötmür. Bu maddələr quşlar üçün də təhlükəli hesab edilir.  FHN-dən verilən məlumata görə, partlayıcıların və fişənglərin atılması nəticəsində onun qalıqlarının həyətlərə, avtomobillərə və digər ərazilərə düşdükdə isə yanğın baş verə bilər. Bu gün bu maddələrin satışı ilə bir çox insanlar məşğul olur. Hətta ərazilərdə azmış kimi sosial şəbəkələrdə də satış həyata keçirilir.  Bəs satışı ilə məşğul olanları hansı cəza gözləyir?  İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə əsasən, pirotexniki qurğulardan, yəni fişəng, partlayıcı və.s istifadə etməyə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur: "Həmin məcəllənin 517.0.7-ci maddəsinə əsasən, partlayıcı maddələrin gəzdirilməsinin, əldə edilməsinin və satılmasının məhdudlaşdırılmasının və ya qadağan edilməsinin pozulmasına görə -  fiziki şəxslər 40 manatdan 80 manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə 15  günədək müddətə inzibati həbs tətbiq olunur. Vəzifəli şəxslər 350 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500  yüz manatadək məbləğdə cərimə edilir.