Yeni ili doğulduğum torpaqda keçirmək mənim üçün şərəfdir – Laçın sakini
Yeni ili doğulduğum torpaqda, Laçında keçirmək mənim üçün şərəfdir.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Kifayət Namazova deyib.
Onun sözlərinə görə, 31 yaşında tərk etdiyi Laçına 63 yaşında qayıdır.
"Allah Ali Baş Komandanımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin ki, biz onların sayəsində indi doğma Laçınımıza qayıdırıq. Ötən illər ərzində yaxınlarımızı, doğmalarımızı itirmişik. Bunun üçün kədərliyəm. Amma çox sevinirəm ki, öz yurdumuza qayıdıram", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.