Yeni qatarlar bu tarixdə istifadəyə veriləcək
Müqaviləyə əsasən 10 qatarın gətirilməsi nəzərdə tutulur.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
R.Rüstəmov bildirib ki, onlardaın 4-ü bu ilin sonuna kimi ölkəyə gətiriləcək.
"Artıq biri Bakıdadır. 2025-ci ilin sonuna qədər də digər qatarlar da ölkəmizə təhvil veriləcək. Yeni gətirilən qatarların sınaqlardan sonra gələn ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulur", - deyə sədr əlavə edib.
O qeyd edib ki, hazırda Bakı dairəvi yolunda istifadəyə verilmiş ekspress qatarlarda vaqonların sayı yeddiyə qaldırılıb:
"Bu ayın sonuna qədər qatara bir vaqon da əlavə ediləcək. Bununla da vaqonların sayı 8 olacaq".