Yeni sədr: "Metrodan daim istifadə edəcəyəm"

"Yəqin ki, metrodan hər kəs həyatında bir dəfə də olsa, istifadə edib".

Yeni sədr:
"Yəqin ki, metrodan hər kəs həyatında bir dəfə də olsa, istifadə edib".

meqale.com xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin yeni sədri Vüsal Aslanov jurnalistlərə açıqlamasında deyib.

O, metrodan əvvəllər də istifadə etdiyini bildirib:

"Son illərdə, daim olmasa da, metropolitendən istifadə edirdim. Metropolitenin memarlığı, xüsusən "Nizami" stansiyası sənət incisidir. Onu yerində görməmək olarmı?!"