Yeni virus yayılır - Təcili pandemiya tədbirləri başladı
Çində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun sürətli yayılması səbəbindən hökumət COVID-19 pandemiyası dövrünə bənzər profilaktik tədbirlər həyata keçirib.
meqale.com The Independent nəşrinə istinadən xəbər verir ki, ölkədə 7000-dən çox yoluxma halı qeydə alınıb, onların böyük əksəriyyəti ən iri istehsal mərkəzlərindən biri olan Foşan şəhərində aşkarlanıb.
Çikunqunya virusu ağcaqanadlar vasitəsilə ötürülür və yüksək hərarət (40 dərəcəyə qədər), baş ağrısı, ürəkbulanma, əzələ və oynaq ağrıları kimi ağır simptomlarla müşayiət olunur. Hazırda Çində epidemiyanın qarşısını almaq üçün milli səviyyəli protokollar tətbiq edilir.