Səmra çılpaq görüntülər barədə açıqlama yaydı - FOTO
Səmra Rəhimli mediaya müraciət edərək bildirib ki, çılpaq görüntüləri yayılan model o deyil.
meqale.com publika.az-a istinadən bildirir ki, bu barədə sənətçi instaqramda paylaşım edib. Məlum olub ki, dünən sosial mediada "Səmranın çılpaq görüntüləri yayıldı" başlıqlı xəbərlər müğənnini narahat edib. O, çılpaq görüntüləri ilə gündəmə gələn qamqallı model Səmra Hüseynova ilə adlarının eyni olması səbəbindən tez-tez səhv salınmalarından yorulduğunu dilə gətirib.
"Sizinlə məni narahat edən bir məsələni bölüşmək istəyirəm. "Səmra" adında milyon peşə sahibində insan ola bilər. Onlarla bağlı xəbərlər yazılır və oxucu diqqətsiz davranır, başlıqda "Səmra" adını görərək şərh yazır. Çoxu düşünür ki, xəbərdə söhbət məndən gedir. Hətta bilərəkdən media həmin məlumatda "müğənni Səmra" yazaraq oxucunu səhv yönləndirmiş olur.