Yeniyetməni bıçaqlayan azərbaycanlı saxlanıldı
Voronejdə polis 54 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.
meqale.com lente istinadən bildirir ki, həmin şəxs bıçaqla azyaşlıya hücum etməkdə şübhəli bilinir.
Avqust ayında təcili yardım maşını boynundan bıçaq xəsarəti alan 15 yaşlı oğlanı şəhər xəstəxanasına gətirib. Həkimlər gənci xilas edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə hücum edən şəxsi dərhal tapa bilməyiblər.
"Onun 54 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub", - Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.