Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik ittihamı ilə bağlı cinayət işi açıb

"Vaqner" silahlı qrupunun təsisçisi Yevgeni Priqojinin ifadələri silahlı üsyana təhrik maddəsi ilə cinayət işinin başlanması üçün əsas oldu.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb. Komitə üzvləri Priqojini qanunsuz hərəkətlərini dayandırmağa çağırıblar.

"Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya FSB silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin "Vaqner"in arxa cəbhəsinə zərbələr endirdiyini və itkilərin olduğunu iddia edib. Rusiya Müdafiə Nazirliyi isə vəziyyəti təxribat adlandırıb və məlumatların həqiqətə uyğun olmadığını bildirib.