Yığmamız 18-ci pillədə

Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Puatye mərhələsi başa çatıb.

Yığmamız 18-ci pillədə
Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Puatye mərhələsi başa çatıb.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, yarış çərçivəsindəki 8-ci turnirdən sonra ümumi turnir cədvəlində dəyişikliklər olub.

İki mərhələdə iştirak edən Azərbaycan millisi 95 xalla 18-cidir. Qatıldığı yeganə turnirdə 35 xal yığan "Baku Flames" isə 36-cı pillədə qərarlaşıb.

37 komandanın yer aldığı siyahıya Fransa başçılıq edir - 350 xal. İlk "üçlük"də qərarlaşan Niderland 250, Kanada 240 xala malikdir.