Yığmamızdan uğursuz start - YENİLƏNİB

Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bordo mərhələsinə start veriləcək.

Yığmamızdan uğursuz start - YENİLƏNİB
Bu gün basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bordo mərhələsinə start veriləcək.

meqale.com xəbər verir ki, Fransadakı turnirdə mübarizə aparacaq Azərbaycan millisi D qrupunda qüvvəsini sınayacaq.

Yığmamız ilk turda təsnifat mərhələsinin qalibi ilə qarşılaşacaq. Qrupa yeganə vəsiqə üçün Avstriya, İrlandiya yığmaları və "Bordo" mübarizə aparacaq.

Millimiz II turda İspaniya ilə üz-üzə gələcək. Qrup mərhələsində ilk iki yeri tutan komandalar sabah keçiriləcək 1/4 finala vəsiqə qazanacaq.

Qeyd edək ki, mərhələdə ümumilikdə 14 komanda mübarizə aparacaq.

Qadın seriyası Bordo mərhələsi, 9 iyul D qrupu I tur 23:15. Azərbaycan - "Bordo" 00:55. Azərbaycan - İspaniya

0 0