Yılmaz Ərdoğan ekrana qayıdır
Türkiyənin məşhur sənətçisi Yılmaz Ərdoğanın ssenari müəllifi və baş rolda oynadığı "İnci Taneleri" serialının treyleri yayımlanıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, "Kanal D" televiziyasında yayımlanacaq serialda Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç, Yasemin Baştan kimi aktyorlar çəkilib.
Serialın çəkilişləri iki il davam edib və rejissoru Şenol Sönmezdir.
Ekran əsəri uzun illərdən sonra həbsdən çıxan Azem Yücedağın hekayəsindən bəhs edir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun