Yük maşını cənazə namazı üçün toplaşanların üzərinə çıxdı - FOTO
Türkiyənin Kahramanmaraş vilayətinin Andırın rayonunda dəhşətli qəza baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, əyləci boşalan yük maşını cənazə namazı üçün toplaşanların üzərinə çıxıb.
Qəza nəticəsində yaralananların olduğu bildirilib. Yaxınlıqdakı avtomobillərə də zərər dəyib. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.