“Yüksəliş”in qalibi taksi şirkətinə rəhbər təyin edildi - FOTO
Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Salman Babazadəyə yeni vəzifə verilib.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o bundan sonra fəaliyyətini "Bolt" şirkətində davam etdirəcək.
S.Babazadə "Bolt" şirkətinin B2B vertikalında ölkə üzrə satış direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, S.Babazadə Azərbaycan Respublikasının Kosmik Agentliyində Afrika üzrə satış üzrə vitse-prezident vəzifəsində, Xəzər Universitetində müəllim vəzifəsində çalışıb.