Yunanıstanda təlim təyyarəsi qəzaya uğradı: pilot öldü

Yunanıstanda "Т-2 Buckeye" təlim təyyarəsi qəzaya uğrayıb.

Yunanıstanda təlim təyyarəsi qəzaya uğradı: pilot öldü
Yunanıstanda "Т-2 Buckeye" təlim təyyarəsi qəzaya uğrayıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın ictimai televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənubunda Peloponnes yarımadasında yerləşən Kalamata aerodromu yaxınlığında baş verib. Yerə düşməzdən əvvəl təyyarədə partlayış olub.

Təlim təyyarəsinin pilotunun öldüyü təsdiqlənib. Bildirilib ki, ölən pilot eskadron rəhbəri 40 yaşlı Epaminondas Kostasdır.