Yunanıstandakı yanğın türk kəndlərinə də keçdi

Yunanıstanın Aleksandrupoli şəhərindəki meşə yanğını türklərin sıx yaşadığı bəzi kəndlərə də keçib.

Yunanıstandakı yanğın türk kəndlərinə də keçdi
Yunanıstanın Aleksandrupoli şəhərindəki meşə yanğını türklərin sıx yaşadığı bəzi kəndlərə də keçib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 24 saat ərzində 13 yaşayış məntəqəsi boşaldılıb.

Yanğın türklərin yaşadığı Böyük Müsellim, Çepelli, Susurköy, Narlıköy və Kozlardərə kəndlərinə keçib.

Hazırda Yunanıstanın Türkiyə ilə sərhədinə yaxın yerlərdə meşə yanğınlarını hava və qurudan söndürmə işləri aparılır.