Yusuf Dikeç Maska müraciət etdi: cavab gecikmədi

Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç gündəmdə qalmağa davam edir.

Yusuf Dikeç Maska müraciət etdi: cavab gecikmədi
Paris-2024 Yay Olimpiya Oyunlarında atıcılıq yarışlarında əli cibində gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç gündəmdə qalmağa davam edir.

Belə ki, dünyada məşhurlaşan atıcı "X" hesabında etdiyi paylaşımda iş adamı İlon Maskı İstanbula dəvət edib və Maskın buna cavabı gecikməyib.

Bu barədə meqale.com oxuya istinadən bildirir.

"Salam İlon, sizcə, gələcəyin robotları olimpiadalarda əlləri cibində medal qazana biləcəklərmi? Bunu qitələri birləşdirən mədəniyyət paytaxtı İstanbulda müzakirə etməyə nə deyirsiniz?" - deyə Yusuf Dikeç paylaşımda yazıb.