“Yuventus” baş məşqçi Motta ilə yollarını ayırıb

İtaliyanın “Yuventus” futbol klubu baş məşqçi Tyaqo Mottanı istefaya göndərib.

“Yuventus” baş məşqçi Motta ilə yollarını ayırıb

“Qoca sinyora”nın yeni məşqçisi xorvatiyalı İqor Tudor olub, o, işə bazar ertəsi başlayacaq.

Motta “Yuventus”a bu mövsümün əvvəlində rəhbərlik etməyə başlamışdı. Hazırda “ağ-qaralar” İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, Tudorun son iş yeri Roma “Latsio”su olub, 2020/2021-ci illərdə o, “Yuventus”un məşqçi heyətinə daxil olub. Xorvatiyalı Turin klubunda 1998-ci ildən 2007-ci ilə qədər oynayıb, İtaliya çempionu olub.